“Səfərdə “Neftçi”yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq”.
İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Misli Premyer Liqasının 17-ci turunda “Neftçi” ilə oyunda sonra deyib.
Matç 1:1 hesabl heç-heçə ilə nəticələnib.
“Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi”, - baş məşqçi bildirib.
Sadıqov hazırkı “Neftçi” ilə oynamağın daha çətin olduğunu bildirib: “Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün “Neftçi” aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi”.
Baş məşqçi Azərbaycan klublarının qış transfer bazarında aktivlik göstərməməsinin səbəblərini də izah edib.
“Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında onayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara. Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil”, - Sadıqov qeyd edib.
