Hava şəraiti və stadionun vəziyyəti “İmişli” ilə matçda “Araz-Naxçıvan”ın yaxşı oynamasına imkan verməyib.
İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko mətbuat konfransında bildirib.
Ukraynalı mütəxəssis Misli Premyer Liqasının 17-ci turunda 2:2 hesabı ilə başa çatan görüş haqqında fikirlərini bölüşüb:
“Hava şəraiti və stadionun vəziyyəti yaxşı oynamağa imkan vermədi. Rəqib standart vəziyyətdən 2 qol vurdu. Çalışırdıq ki, oyuna nəzarəti özümüzdə saxlayaq, qollar vuraq. Futbolun yazılmayan qanunu var: vurmayana vurarlar. Hazırda əlimizdə olan futbolçuların gücündən maksimum istifadə etməyə çalışırıq. Heyəti quran zaman legioner və ya yerli seçimi yox, kim hazırdırsa, daha yaxşı vəziyyətdədirsə, ona oynamaq şansı yaradırıq”.
