Yuri Vernidub iki oyunçunu komandadan uzaqlaşdırır

Xəbərlər
5 Yanvar 2026 22:53
74
Yuri Vernidub iki oyunçunu komandadan uzaqlaşdırır

Baş məşqçi Yuri Vernidub iki futbolçunun “Neftçi”də perspektivini görmür.

İdman.Biz sportinfo.az-a istinadən bildirir ki, ukraynalı mütəxəssis bosniyalı qapıçı Kenan Piriçlə yanaşı, Falaye Sakonun transferini səhv hesab edir.

Vernidub bu barədə öz fikrini klub rəsmiləri ilə görüşündə dilə gətirib.

Dekabrın 9-dan bəri burada çalışan təcrübəli sükançı Samir Abasovun vaxtında kollektivə cəlb edilən sağ cinah müdafiəçisinin komandanın gücünə güc qatmadığı qənaətində olduğunu bildirib.

Vernidub qeyd edib ki, 30 yaşlı legioner mövsümün geridə qalan bölümündə özünü yaxşı tərəfdən göstərə bilməyib, əksinə, bir çox səhvləri ilə yadda qalıb.

“Neftçi” Mali millisinin üzvü ilə ötən ilin yayında 2+1 illik müqavilə bağlayıb.

İdman.Biz