İcarə əsasında “Neftçi”də çıxış edən Aleks Fernandes klubu tərk edib.
İdman.Biz-in Futbolpress.az-a istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçinin müddəti ilin sonuna kimi olan müqaviləsi uzadılmayacaq.
Baş məşqçi Yuri Vernidubun planlarına daxil olmayan Fernandes klubu “Baltika”ya (Kalininqrad) dönəcək.
Aleks bu ilin fevralından “Neftçi”də idi. 23 yaşlı vinger “ağ-qaralar”la Premyer Liqada cəmi 13 oyuna çıxıb,1 qo və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
