“Karvan-Yevlax”ın oyununda yüksəliş hiss olunur”.
İdman.Biz xəbər verir ki, bunu Yevlax təmsilçisinin məşqçisi Füzuli Məmmədov “Neftçi”yə qarşı Misli Premyer Liqasının 16-cı turunun oyunundan sonra mətbuat konfransında deyib.
“Gərgin oyun olacağını bilirdik. “Neftçi”ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqibi təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü “Karvan-Yevlax” olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq”.
“Karvan-Yevlax” - "Neftçi” oyunu Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
