Rəşad Sadıqov: “Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək”

Xəbərlər
22 Noyabr 2025 22:50
23
Rəşad Sadıqov: “Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək”

“Dinamik və sürətli oyun getdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdiralayiqdir”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XII turunda “Qəbələ” ilə oyundan sonra deyib.

Matç 1:0 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb.

“Səhv etmirəmsə, “Qəbələ” çempionatımızda ən çox qol epizoduna girən komandalardan biridir. Topla oynamağı sevirlər. Biz bu gün öz futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı, qol da vurduq. Rəqibə qol imkanı vermədik. Bilirik ki, oturuşmuş kombinasiyaları var.

Bu oyun bir daha onu göstərdi ki, çempionatımız hansı səviyyədədir və bu mövsüm bizi necə oyunlar gözləyir. Rəqiblər inamlı mübarizə aparır. Heç kim asanlıqla təslim olmur. Bütün matçlar əzmkar oyun şəraitində keçir. Hesabın necə olacağını son dəqiqələrə qədər proqnoz vermək olmur. Bu rəqabətə tab gətirməyə çalışacağıq.
Çempionatın necə getdiyini görürsüz. Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək”, - baş məşqçi vurğulayıb.

İdman.Biz