XII tur mövsümün ən çox tamaşaçı toplayan turu olub

Xəbərlər
22 Noyabr 2025 20:34
19
XII tur mövsümün ən çox tamaşaçı toplayan turu olub

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordları qeydə alınıb. Bu, XII tura təsadüf edib.

“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.

Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun “Turan Tovuz” – “Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 seyrçi olub.

XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən “Karvan Yevlax” – “Kəpəz” görüşündə (1:2) isə 4000 tamaşaçı olub. Bununla da turun arxada qalan matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub. Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.

İdman.Biz