I Liqa: “Şəfa” autsayderlə bacarmadı

Xəbərlər
22 Noyabr 2025 19:21
28
I Liqa: “Şəfa” autsayderlə bacarmadı

I Liqada 8-ci tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, son gündə bir oyun keçirilib.

“Şəfa” autsayderlərdən olan “Difai” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib.

Turun digər oyunlarında “Zaqatala” “Şahdağ Qusar”ı 1:0, “Mingəçevir” MOİK-i 3:0, “Cəbrayıl” isə “Şimal”ı 7:0 hesabı ilə məğlub edib, “Baku Sportinq” – “Səbail” matçı isə 0:0 nəticələnib.

8 oyundan sonra “Şəfa” 20 xalla liderdir. “Difai” 5 xalla 8-cidir.

İdman.Biz

Məqalədə: