Saşa İliç: “Qırmızı vərəqənin düzgün olduğunu düşünmürəm”

Xəbərlər
21 Noyabr 2025 23:04
33
Saşa İliç: “Qırmızı vərəqənin düzgün olduğunu düşünmürəm”

“Bu gün stadion dolu idi və möhtəşəm atmosfer var idi. Məncə, bu gün baxımlı oyun oldu”.

İdman.Biz bildirir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının XII turunda “Qarabağ”la oyundan sonra deyib.

Qarşılaşma 4:2 hesabı ilə “Qarabağ”ın xeyrinə qurtarıb.

“İlk 10 dəqiqə oyunumuz çox da yaxşı alınmadı, amma qoldan sonra toparlandıq. İkinci hissəyə yaxşı başlamışdıq. Təbii ki, qırmızı vərəqədən sonra “Qarabağ”a qarşı mübarizə aparmaq elə də asan olmadı.

Qırmızı vərəqənin düzgün olduğunu düşünmürəm. Lakin, hakim artıq qərarını verib və heç nə dəyişməyəcək. O epizoddan sonra oyun tamam dəyişdi. “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur. Yankoviç oyunda olsa idi, penaltini o yerinə yetirəcəkdi. O, oyunda olmadığı üçün Ramalinqom zərbəni yerinə yetirdi”, - İliç qeyd edib.

İdman.Biz