Mahmud Qurbanov: “Legioner limitinin ləğvi çempionata yox, millimizə təsirini göstərir”

Xəbərlər
21 Noyabr 2025 17:45
18
Mahmud Qurbanov: “Legioner limitinin ləğvi çempionata yox, millimizə təsirini göstərir”

“Tərlan Əhmədov fikirlərində haqlıdır. O, Nazim Süleymanov, Vidadi Rzayev, Arif Əsədov, Samir Ələkbərov kimi mütəxəssislər klublarımızda baş məşqçi işləməlidir”.

Bu sözləri Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasındakı komandalarla bağlı danışıb:

“Oyunlar davam edir. Bəzi komandalar gözləntiləri doğruldur, bəziləri isə yox. Birinci dövrədən sonra fikir bildirmək bir qədər tezdir. Bir çox yeni futbolçular görürük. Demək olar ki, klublarımızın heyətinin əsasını legionerlər təşkil edirdi. Onların nə qədər keyfiyyətli olduğunu isə qış fasiləsində, çempionatın ilk dövrəsi bitəndə söyləmək olar. Legioner limitinin ləğvi çempionata yox, millimizə təsirini göstərir”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, bu gün Misli Premyer Liqasının XII turuna start verilib.

İdman.Biz