“Kəpəz”in baş məşqçisi: “Bizim üçün çətin qarşılaşma oldu”

Xəbərlər
21 Noyabr 2025 17:47
26
“Kəpəz”in baş məşqçisi: “Bizim üçün çətin qarşılaşma oldu”

“Bizim üçün çətin qarşılaşma oldu”.

İdman.Biz xəbər verir ki, bunu “Kəpəz” klubunun baş məşqçisi Azər Bağırov mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının XII turunda səfərdə “Karvan-Yevlax”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb:

“Karvan-Yevlax”ın çətin və mübariz oyun sərgiləyəcəyini gözləyirdik. Səfərdə azarkeşlərin önündə oynamağın nə qədər çətin olduğunu da gördük. Maraqlı matç oldu. Çoxlu qol epizodları yaratdıq. Təəssüf ki, imkanları reallaşdırmaqla bağlı bir qədər problemlərimiz var”.

İdman.Biz