“Napoli” klubunun prezidenti hakim qarşısına çıxarılacaq

Xəbərlər
21 Noyabr 2025 17:57
22
“Napoli” klubunun prezidenti hakim qarşısına çıxarılacaq

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentiis hakim qarşısına çıxarılacaq.

İdman.Biz bu barədə “Terrikon” portalına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ittihamlar klubun 2019, 2020 və 2021-ci illərə aid maliyyə hesabatlarındakı araşdırmalardan sonra irəli sürülüb.

İddiaların mərkəzində Victor Osimhenin transferi yer alır.

Prokurorluq bu keçidlərdə saxta maliyyə əməliyyatları ilə transfer dəyərlərinin şişirdildiyini iddia edir.

De Laurentiis-in vəkilləri qərarın onları təəccübləndirdiyini bildiriblər.

İş üzrə ilk məhkəmə iclası 2 dekabrda keçiriləcək.

Məlumat üçün əlavə edə ki, “Napoli” Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibidir. Klublar arasında qarşılaşma noyabrın 25-də Neapolda baş tutacaq.

İdman.Biz

Məqalədə: