Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Misli Premyer Liqasının iki oyunu 13 mindən çox azarkeş toplayıb - FOTO - İdman və Biz

Misli Premyer Liqasının iki oyunu 13 mindən çox azarkeş toplayıb - FOTO

Xəbərlər
21 Noyabr 2025 22:49
25
Misli Premyer Liqasının iki oyunu 13 mindən çox azarkeş toplayıb - FOTO

Misli Premyer Liqasının 12-ci turu çərçivəsində bu gün iki oyun keçirilib.

İdman.Biz PFL-ə istinadən bildirir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş “Sumqayıt” – “Qarabağ” matçını 9100 azarkeş izləyib.

Oyun 4:2 hesabı ilə Ağdam klubunu qələbəsi ilə bitib.

Yevlax şəhər stadionunda keçirilmiş “Karvan-Yevlax” – “Kəpəz” oyununa isə canlı olaraq 4 min azarkeş baxıb.

Qarşılaşmadan 2:1 hesabı ilə Gəncə təmsilçisi qalib ayrılıb.

İdman.Biz