“Çox vacib 3 xaldır. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük”.
İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda “Sumqayıt”la oyundan sonra deyib.
Qarşılaşma 4:2 hesabı ilə “Qarabağ”ın xeyrinə qurtarıb.
“Çox yaxşı, maraqlı oyun getdi. Qarşımızda da yaxşı rəqib var idi. Bu gün oyuna fərqli sistemdə başladılar. Biz fərqli hazırlaşmışdıq. Qarşımızda beşli müdafiə görəndə bəzi anlaşılmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. Əsl futbol atmosferi var idi”, - baş məşqçi bildirib.
Qurbanov “Sumqayıt”ın oyunçusuna verilmiş qırmızı vərəqənin səhv qərar ola biləcəyini istisna etməyib.
