“Kəpəz” klubu Misli Premyer Liqasının XIII turundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən bildirir ki, “Qəbələ” və “Kəpəz” arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
“Müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” tərəfinin razılıq məktubunu nəzərə alaraq PFL Misli Premyer Liqasının 13-cü turundan etibarən Gəncə təmsilçisinin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə qərar verib”, - məlumatda deyilir.
Qeyd edək ki, “Kəpəz” indiyədək ev matçlarını Qəbələ şəhər stadionunda keçirirdi.
