“Kəpəz” Azərbaycan yığmasının keçmiş qapıçısını heyətinə daxil edib - RƏSMİ

Xəbərlər
18 Noyabr 2025 21:25
47
“Kəpəz” Azərbaycan yığmasının keçmiş qapıçısını heyətinə daxil edib - RƏSMİ

“Kəpəz” daha bir futbolçunu heyətinə qatıb.

İdman.Biz bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, “sarı-göylər” qapıçı Yusif İmanovu heyətinə daxil edib.

23 yaşlı qolkiper ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, İmanov son olaraq Kosovonun “Malişeva” klubu ilə sözləşmə imzalamışdı. O, 2022-ci ildə bir müddət Azərbaycan millisinin şərəfini qoruyub.

İdman.Biz