Əvəzedicilər Liqası: Şamaxıda keçirilən oyunda qapılara beş qol vurulub

Xəbərlər
8 Noyabr 2025 23:52
28
Əvəzedicilər Liqası: Şamaxıda keçirilən oyunda qapılara beş qol vurulub

Əvəzedicilər Liqasında X turun oyunları keçirilir.

İdman.Biz xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub. “Şamaxı-2” doğma meydanda “Neftçi-2”ni qəbul edib.

Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Şamaxı təmsilçisi turnir cədvəlində 8 xalla 9-cu, “Neftçi-2” isə 19 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.Biz