“İmişli”nin futbolçusu əməliyyat olunub - FOTO

Xəbərlər
27 Oktyabr 2025 20:07
46
“İmişli”nin futbolçusu əməliyyat olunub - FOTO

“İmişli”nin futbolçusu Vüsal Qənbərov bu gün əməliyyat edilib.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat uğurla həyata keçirilib.

22 yaşlı yarımmüdafiəçinin vəziyyəti stabil və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.

Qənbərov “Kəpəz”lə oyunda zədələnmişdi.

İdman.Biz