I Liqa: “Difai” yenə meydançadan məğlub ayrıldı

Xəbərlər
16 Oktyabr 2025 20:28
33
I Liqa: “Difai” yenə meydançadan məğlub ayrıldı

Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları davam edir.

İdman.Biz xəbər verir ki, bu gün üç oyun keçirilib.

Autsayderlərin görüşündə MOİK “Cəbrayıl”I böyük hesabla məğlub edib. “Şahdağ Qusar” 1 xalla sonuncu yerdə olan “Difai”dən, “Mingəçevir” isə “Şimal”dan üstün olub.

Tura sabah “Baku Sportinq” – “Şəfa” matçı ilə yekun vurulacaq.

I Liqa, V tur

MOİK – “Cəbrayıl” 4:1
Qollar: S.Fərəcov, 7, 60, 48 (pen), E.Məmmədov, 51 - T.Əhmədov, 77
Qırmızı vərəqə: Z.Abdurahmanov, 63 (MOİK)

“Difai” – “Şahdağ Qusar” 1:2
Qollar: H.Şirəliyev, 32 - S.Ağalarov, 37, F.Camalov, 42 (pen)

“Mingəçevir” – “Şimal” 3:1
Qollar: A.Usman, 42, 57, R.Cəfərli, 55 - X.Bədirov, 17

İdman.Biz