Əvəzedicilər Liqası: Qonaqların üstünlüyü ilə keçən tur

Xəbərlər
27 Sentyabr 2025 23:48
36
Əvəzedicilər Liqası: Qonaqların üstünlüyü ilə keçən tur

Əvəzedicilər Liqasında 6-cı tura yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün 2 oyun keçirilib.

“Qəbələ-2” doğma meydanda “Turan Tovuz-2”la, “Sabah-2” isə səfərdə “Zirə-2” ilə qarşılaşıb.

“Qəbələ-2” – “Turan Tovuz-2” oyunu 2:0 meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qolları Qədir Ramazanov (39) və Rəvan Əsədov (48) vurublar.

“Zirə-2” – “Sabah-2” matçı qonaqların qalibiyyəti ilə qurtarıb - 1:3. Qollara “Zirə-2”də Murad Ələkbərov (15), “Sabah-2” isə Şahin İbrahimov (54, 61) və Əli Əlizadə (90+2) imza atıblar.

Turun dünən keçirilən hər üç oyununda qonaqlar üstün olublar. Belə ki, “Kəpəz-2” “Qarabağ-2”yə (3:4), “Neftçi-2” “Araz-Naxçıvan-2”yə (0:1), “Şamaxı-2” isə “Sumqayıt-2”yə (2:4) məğlub olub.

İdman.biz