“Kəpəz”də baş məşqçi postuna axtarışlar davam edir. Klub rəhbərliyi həm yerli, həm əcnəbi mütəxəssis variantını nəzərdən keçirir.
İdman.biz bildirir ki, “Kəpəz”də baş məşqçiliyə yerli namizədlər arasında Arif Əsədovun da adı hallandırılır.
Mütəxəssis özü isə “Futbolpress.az“a açıqlamasında belə bir təklifin olmadığını deyib: “Ola bilər, adlarımız çəkilsin. Bir çox məşqçilərin adı hallanır. Ancaq real olmayan məsələ haqda danışmaq düzgün olmaz”.
Əsədov son olaraq Azərbaycan yığmasında məşqçilik edib. “Kəpəz” bir müddət əvvəl Adil Şükürovla yollarını ayırıb.