Çempionlar Liqasının rəsmi Facebook səhifəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə paylaşım edilib.
İdman.biz-in məlumatına görə, səhifədə azərbaycanlı məşqçinin fotosu yer alıb. Fotonun üzərində isə bu məzmunda yazı var: "Qarabağ" FK-nın "Benfika" zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!"
Xatırladaq ki, ötən gün “Qarabağ” Lissabonda “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.
İdman.biz