Ümumiyyətlə son vaxtlar futbol elə bir səviyyəyə gəlib çıxıb ki, asan bir oyun yoxdur.
İdman.biz bildirir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Benfika" ilə oyundan sonrakı mətbuat konfransında deyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qarşı-qarşıya 11 oyunçu, 11 düşünən beyin oynayırsa, bu, heç də asan deyil. Sadəcə ilk dəqiqələrdən futbolçularıma bildirdim ki, biz bu oyundan həzz almalıyıq. Bu, Çempionlar Liqasıdır. Çox üzərlərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. İstənilən halda, istənilən nəticədə oyunumuzu axtarıb tapmağa və oyunumuzu davam etdirməyə çalışmalıyıq. Bəli, səhvlər olacaq, çünki qarşımızda daha usta komanda dururdu. Bəzi sadə, bəsit epizodlarda qapımızda qol da görə bilərdik. Bunu asan qalibiyyət saymırıq", - baş məşqçi bildirib.
İdman.biz