Qurbanov: "İnanıram ki, futbolçular ən yaxşı oyunlarından birini keçirəcəklər"

Xəbərlər
15 Sentyabr 2025 22:35
57
Qurbanov: "İnanıram ki, futbolçular ən yaxşı oyunlarından birini keçirəcəklər"

Oyuna daha yaxşı hazırlaşmaq istərdik, amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik.

İdman.biz bildirir ki, bu sözləri "Benfika" ilə sabah keçirəcəkləri oyundan qabaqkı mətbuat konransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Amma hər bir halda xeyli təcrübəmiz var. İnanıram ki, futbolçular sabah özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar. Çünki neçə illər idi biz Çempionlar Liqasının pley-off mərhələsində oynamırdıq və bu turnirdə iştirak etmək hər bir futbolçunun arzusu idi", - o bildirib.

“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz