"Səbail" iranlı hücumçu transfer edib - RƏSMİ

Xəbərlər
11 Sentyabr 2025 19:38
44
"Səbail" iranlı hücumçu transfer edib - RƏSMİ

"Səbail" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, I Liqa təmsilçisi Ali Babaeini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardla 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ali Babaei son olaraq Kosovo təmsilçisi "Dukagjini"də çıxış edib. İranlı futbolçu ötən ilin sentyabr ayında bu klubdan ayrılıb.

İdman.biz