Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Konfrans Liqasında qələbə qazanıb.
İdman.biz xəbər verir ki, Zaqreb klubu səfərdə “Astana”nı məğlub edib.
Mahirin çıxış etmədiyi oyun 2:0 hesabı ilə yekunlaşıb. Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran “Dinamo” 2-ci pilləyə yüksəlib. Son turda öz meydanında “Ballkani” ilə qarşılaşacaq Xorvatiya çempionu növbəti mərhələyə vəsiqə üçün əla şans qazanıb.
Qeyd edək ki, qrupunu digər matçında “Ballkanı” öz meydanında lider “Viktoriya” ilə qarşılaşacaq.
İdman.biz