Yeni transferin qolları "Sumqayıt"a qələbə qazandırıb

Xəbərlər
31 İyul 2025 20:57
38
Yeni transferin qolları "Sumqayıt"a qələbə qazandırıb

Yeni mövsümün hazırlığını davam etdirən "Sumqayıt"la "Kəpəz" yoxlama oyununda üz-üzə gəlib.

İdman.biz xəbər verir ki, qarşılaşma "kimyaçılar"ın üstünlüyü ilə keçib.

Qəbələ şəhər stadionunda baş tutan oyunda Saşa İliçin rəhbərlik etdiyi komanda 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt"ın qollarını yeni transfer Rüstəm Əhmədzadə vurub. "Kəpəz"in heyətində isə Arzu Atakişiyev fərqlənib.

Qeyd edək ki, Gəncə təmsilçisi hazırlıq dövründə keçirdiyi üçüncü oyunu da məğlub başa vurub.

İdman.biz