Qara Qarayevdən Canni de Byaziyə cavab: "Bunu onun dilindən eşitmək xoşbəxtlik idi"

Xəbərlər
24 Noyabr 2023 00:24
272
Qara Qarayevdən Canni de Byaziyə cavab: "Bunu onun dilindən eşitmək xoşbəxtlik idi"

“Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Qara Qarayev sosial şəbəkə hesabında paylaşıb.

Təcrübəli yarımmüdafiəçi millinin keçmiş baş məşqçisi Canni de Byazinin haqqında söylədiklərinə cavab verib.
O, italiyalı mütəxəssisin iradlarını məntiqsiz adlandırıb: "Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm!”.

Qeyd edək ki, AFFA Canni de Byazi ilə müqaviləni yeniləməyib.

İdman.biz