İdman.biz xəbər verir ki, "ASKO Arena"da əvvəlcə “Neftçi” və “Turan-Tovuz” arasında üçüncü yer uğrunda görüş keçirilib.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında daha dəqiq olan “Neftçi” 7:6 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib olub.
Finalda “U-15 Akademiya” (Belarus) Bakı “Zirə”sinə 5:1 hesabı ilə qalib gəlib.
Beləliklə, yarışın qalibi “U-15 Akademiya”sı olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq, “Zirə” və “Neftçi” layiq görülüblər. “Turan-Tovuz” isə yarışı dördüncü pillədə başa vurub.
Turnirin ən məhsuldar oyunçusu Fateh Əsgərzadə (“Neftçi”) olub. Ən yaxşı futbolçu Xəqan Şükürov (“Zirə”), ən yaxşı qapıçı isə Safi Rüstəm (“U-15 Akademiya”) seçiliblər.
Turnirin sonunda qaliblərin mükafatlandırma mərasimi olub.
Qaliblərə mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva, eləcə də nazirliyin və AFFA-nın məsul şəxsləri, tanınmış futbolçular təqdim ediblər.
İdman.biz