Avropa çempionatına Bosniya və Herseqovina evsahibliyi edəcək

Xəbərlər
19 Noyabr 2023 14:46
Avropa çempionatına Bosniya və Herseqovina evsahibliyi edəcək

Minifutbol üzrə növbəti Avropa çempionatının ev sahibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, turnir Bosniya və Herseqovinada təşkil olunacaq.

Avropa çempionatı 2024-cü il iyunun 1-də start götürəcək. Çempionu müyyən edəcək final qarşılaşması ayın 9-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan yığması son Avropa çempionatının qalibi olub. Millimiz 2022-ci ildə Slovakiyada təşkil olunan turnirdə ilk dəfə çempion titulunu qazanıb.

İdman.biz