Naxçıvanda "Araz" coşqusu - FOTO/VİDEO

Xəbərlər
17 May 2025 22:31
43
Naxçıvanda "Araz" coşqusu - FOTO/VİDEO

Naxçıvanda "Araz-Naxçıvan"ın bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazanması münasibətilə yürüş keçirilib.

İdman.biz xəbər verir ki, yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edib.

"Araz-Naxçıvan" tarixində ilk dəfə Azərbaycan çempionatlarının medalçısı olub. Misli Premyer Liqasını üçüncü pillədə başa vuran komanda ölkəmizi UEFA Konfrans Liqasında təmsil etmək hüququ qazanıb.

İdman.biz