Adrian Mutu: “Rəqib qapımızda heç bir təhlükəli epizod yarada bilmədi”

Müsahibə
20 Oktyabr 2023 23:27
104
Adrian Mutu: “Rəqib qapımızda heç bir təhlükəli epizod yarada bilmədi”

“Bu gün “Neftçi” üçün yaxşı oyun və nəticə oldu. Futbolçuların çıxışı məni razı saldı”.

İdman.biz-in məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Premyer Liqanın X turunda “Səbail”i səfərdə 4:2 hesabı ilə məğlub edən “ağ-qaralar”ın rumıniyalı çalışdırıcısı kapitan Emin Mahmudovun meydana çıxmamasının səbəbini açıqlayıb: “Çətin rəqiblə oyunda 4 qol vurduq. Amma daha çox şanslarımız var idi. Eminin komandadakı rolunu çox yüksək qiymətləndirirəm. Bu gün həmin mövqedə Filip Ozobiç oynadı. Düşünürəm ki, heç də pis çıxış etmədi. Rəhmanın qol vurmağı məni çox sevindirdi. Aaron Olanarenin oyununu da dəyərləndirərdim. Oyundan-oyuna fiziki durumu yaxşılaşır. Sonradan meydana daxil olan Şinyaşiki qol ötürməsi etdi. Bu gün hücum oyunçuları öz işlərini gördülər".

Adrian Mutu ikinci hissədə rəqibə şans vermədiklərini və komandasının xarakter göstərdiyini bildirib: “Demək olar ki, rəqib qapımızda heç bir təhlükəli epizod yarada bilmədi. Məni ən çox sevindirən futbolçuların xarakter göstərərək geridönüş etməsidir”.

İdman.biz