Elmar Baxşıyev: “Oyun keyfiyyətimizi artırmalıyıq”

Xəbərlər
1 Oktyabr 2023 19:20
170
Elmar Baxşıyev: “Oyun keyfiyyətimizi artırmalıyıq”

“Turnir cədvəlində bir-birinə yaxın olan iki komanda görüşürdü. Bilirdik ki, ağır oyun olacaq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının VIII turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin deyib.

43 yaşlı mütəxəssis mətbuat konfransında bildirib ki, Gəncə səfəri hər komanda üçün çətin keçir: “Oyuna daha çox nəzarət etməyi, hücum qurmağı düşünürdük. Komanda bunu etməyə çalışdı, istədiyimi meydanda verdi. Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Qarşıdakı matçları düşünürük. Bilirik ki, oyun keyfiyyətimizi artırmalıyıq. Qələbə təsadüfi də ola bilər, məni komandanın 3-4 oyundur istədiyimi verməyə çalışması sevindirir. Həmin oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək. İlkin Qırtımov universal futbolçudur. Verdiyimiz tapşırıqları layiqincə yerinə yetirir. Ahmad Ayzaya potensialı olan, bizim üçün önəmli futbolçudur. Üzərində çalışır və bu mövsüm fərqli çıxış edə bilər”.

İdman.biz