UEFA “Qarabağ”ın kapitanı Maksim Medvedyevin ad gününü təbrik edib.
İdman.biz saytı xəbər verir ki, Ağdam klubunun çıxış etdiyi Avropa Liqasının rəsmi səhifəsi paylaşım edib.
Səhifədə bu gün 34 yaşını qeyd edən təcrübəli futbolçunun şəkli paylaşılıb və təbrik mesajında bu ifadələr qeyd olunub: “Qarabağ” əfsanəsi” və “Təbrik edirik, Maksim Medvedev”.
İdman.biz