Şahruddin zədələnib, “Adana Dəmirspor” 4 top buraxıb

Xəbərlər
3 Aprel 2024 23:31
233
Şahruddin zədələnib, “Adana Dəmirspor” 4 top buraxıb

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, “Adana Dəmirspor”un qolkiperi zədə üzündən oyunu sonadək davam etdirə bilməyib.

Şahruddin 31-ci turda “Fənərbaxça” ilə oyununun fasiləsində əvəzlənib. O, meydanda olduğu dəqiqələrdə qapısından 1 top buraxıb. İkinci hissədə daha yaxşı oynayan “Fənərbaxça” 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, hesabında 39 xal olan Adana klubu 11-ci pillədə qərarlaşıb.

İdman.biz