Kubok öncəsi 2 itki

Xəbərlər
2 Aprel 2024 21:29
114
Kubok öncəsi 2 itki

“Qəbələ” Azərbaycan kubokunun ilk yarımfinal matçına itkilərlə çıxacaq.

İdman.biz xəbər verir ki, Asif Məmmədov və Ülvi İsgəndərov “Zirə”yə qarşı forma geyinə bilməyəcəklər.

“Qəbələ” bu gün son məşqini keçirib. Komandanın iki futbolçusu hazırlıqdan kənarda qalıb. Asif Məmmədov və Ülvi İsgəndərov bərpa prosesi keçdiyindən sabahkı oyunu kənardan izləyəcəklər.

Qeyd edək ki, “Zirə” - “Qəbələ” qarşılaşması saat 19:00-da start götürəcək.

İdman.biz