“Neftçi” Bojoviçlə yollarını ayıracaq

Xəbərlər
31 Mart 2024 18:43
1 803
“Neftçi” Bojoviçlə yollarını ayıracaq

“Neftçi”nin rəhbərliyi Miodraq Bojoviçin fəaliyyətindən narazıdır.

İdman.biz xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Dekabrın sonunda paytaxt klubunun baş məşqçisi təyin olunan monteneqrolu mütəxəssis ümidləri doğrultmayıb. Adrian Mutunu əvəz edən Bojoviçin dövründə “Neftçi”nin oyunu və nəticələrində diqqətiçəkən irəliləyiş olmayıb.

Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la üz-üzə gələcək komanda məğlub olacağı təqdirdə, 55 yaşlı məşqçi ilə yollar ayrılacaq. Komandan Bojoviçin rəhbərliyi ilə Premyer Liqada meydana çıxdığı 10 oyunda 4 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb, 3 dəfə uduzub. "Neftçi" onun başçılığı ilə kubokda 1 görüşdə qalib gəlib, 1 dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, Bojoviç “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

İdman.biz