Üçüncü ulduza ilk addım

Xəbərlər
29 Mart 2024 21:24
791
Üçüncü ulduza ilk addım

“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu olub.

İdman.biz xəbər verir ki, Ağdam klubu bununla da yeni rekorda imza atıb.

Bölgə təmsilçisinin özünün ötən mövsüm imza atdığı rekordu yeniləyib. “Qarabağ” bununla da hər biri 5 çempionluğu ifadə edən 3-cü ulduzuna doğru ilk addımı atıb. Ağdam klubu son 11 ildə 10-cu, ardıcıl 3-cü dəfə qızıl medallara yiyələnib.

Hazırda 2 ulduzu olan “Qarabağ”dan başqa yalnız “Neftçi” loqosuna bir belə nişan əlavə edib. Paytaxt təmsilçisinin 9 çempionluğu var.

Ümumilikdə isə 8 komanda bu sevinci yaşayıb. “Kəpəz” üç, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə bir titul qazanıb.

Qeyd edək ki, 32 mövsümdən birində - 2001/02-də çempionat yarımçıq qalıb. 2002/03 mövsümü isə ümumiyyətlə keçirilməyib.

1992. “Neftçi”
1993. “Qarabağ”
1993/94. “Turan”
1994/95. “Kəpəz”
1995/96. “Neftçi”
1996/97. “Neftçi”
1997/98. “Kəpəz”
1998/99. “Kəpəz”
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2003/04. “Neftçi”
2004/05. “Neftçi”
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter”
2008/09. “Bakı”
2009/10. “İnter”
2010/11. “Neftçi”
2011/12. “Neftçi”
2012/13. “Neftçi”
2013/14. “Qarabağ”
2014/15. “Qarabağ”
2015/16. “Qarabağ”
2016/17. “Qarabağ”
2017/18. “Qarabağ”
2018/19. “Qarabağ”
2019/20. “Qarabağ”
2020/21. “Neftçi”
2021/22. “Qarabağ”
2022/23. “Qarabağ”
2023/24. “Qarabağ”

Vüqar Xeyrullayev
İdman.biz