Vüsal ehtiyatda qalıb, “Boluspor” 6-cı pilləyə yüksəlib

Xəbərlər
8 Mart 2024 23:47
388
Vüsal ehtiyatda qalıb, “Boluspor” 6-cı pilləyə yüksəlib

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında qələbə qazanıb.

İdman.biz xəbər onun çıxış etdiyi “Boluspor” doğma azarkeşlər qarşısında “Girəsinspor”u məğlub edib.

26-cı tura təsadüf edən oyun 2:1 hesabı ilə yekunlaşıb. Vüsal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, matçın 89-cu dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 42 xal toplayan “Boluspor” 6-cı pilləyə yüksəlib.

İdman.biz