Futbol üzrə Azərbaycan Əvəzedicilər Liqasında beşinci turun daha iki oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, “Sumqayıt-2” doğma meydanda “Şamaxı-2”ni minimal hesabla məğlub edib - 1:0.
Qarşılaşmanın yeganə qolunu 35-ci dəqiqədə penaltidən Nihad Orucəli vurub.
Digər görüşdə “Qarabağ-2” səfərdə “Zirə-2” üzərində əzmkar qələbə qazanıb - 2:1.
Meydan sahibləri doqquzuncu dəqiqədə Yusif Hacıyevin qolu ilə hesabı açıblar. Ağdam təmsilçisi isə oyunun sonlarında geridönüş edib. Əvvəlcə 86-cı dəqiqədə Mehdi Mütəllimli tarazlığı bərpa edib, 90-cı dəqiqədə isə Elton Mikayılov komandasına qələbə qazandırıb.
