Şahin Diniyevi narahat edən fərq nədir?

Xəbərlər
8 Mart 2024 22:09
171
Şahin Diniyevi narahat edən fərq nədir?

"Bu gün dinamik, rəngarəng, diqtə edən futbol oynadıq. Futbolda üç nəticə olur, onları da normal qəbul etmək lazımdır. Məğlubiyyətə layiq komanda deyildik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXVI turunda uduzan “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis “Sumqayıt”a 0:1 hesablı məğlubiyyəti şərh edib. Diniyev penaltidən istifadə edə bilmədiklərini vurğulayıb: “İkinci yarıda göstərdiyimiz oyunla inkişaf yolunda olduğunu gördüm. Oyun varsa, mütləq nəticə də gələcək. Belə davam etsək, istədiyimiz yerlərə gəlib çıxacağıq. Penaltidən istifadə edə bilmədik, qol vəziyyətlərini sağa-sola xərclədik. Artıq komanda böyüyüb, yaxşı futbol oynayır. Çox yaxşı futbol oynadıq. Məğlubiyyəti də qəbul etməli, irəli baxmalıyıq".

“Səbail”in baş məşqçisi bu mövsüm hər 3 oyunda “Sumqayıt”a məğlub olmalarına izah verib: “Gözlənilməz qol buraxdıq. Mütləq dəyişiklik etməliydik. Bəli, birinci və ikinci hissəmiz arasında fərq var ki, bu da məni çox narahat edir. Həm psixoloji, həm funksional hazırlığın üzərində çalışmalıyıq. Bunu düzəldəcəyik. “Sumqayıt”la hər üç oyunda da məğlubiyyətə layiq idik. Bu matçlarda rəqibdən üstün oynamışıq. Sumqayıtdakı görüşdə bərabər səviyyəli mübarizə getdi, avtoqolla uduzduq. Bu gün üstün idik. "Sumqayıt" qalib gəldisə, gələn dəfə də biz udarıq. Böyük bir şey olmayıb. Nəticə baxımından uduzduq, oyun baxımından deyil”.

Qeyd edək ki, “Səbail” 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

İdman.biz