Cəlalın komandası 3 oyundan sonra...

Xəbərlər
4 Mart 2024 19:50
427
Cəlalın komandası 3 oyundan sonra...

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında 3 oyunluq məğlubiyyət seriyasına son qoyub.

İdman.biz xəbər ki, onun formasını geyindiyi “Arda” 23-cü turda öz meydanında heç-heçə oynayıb.

Cəlalın komandası autdayderlər qrupunda yer alan “Pirin”in müqavimətini qıra bilməyib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Hüseynov qarşılaşmanı əvəz olunmadan keçirib.

Qeyd edək ki, “Arda” 32 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: