Musa Qurbanlı 1/4 finalın bir addımlığında

Xəbərlər
25 Fevral 2024 20:14
626
Musa Qurbanlı 1/4 finalın bir addımlığında

Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç kubokunda ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası səfərdə “Yunayted Nordik”ə böyük hesabla qalib gəlib.

İlk oyunda “Şkovde”ni 2:0 məğlub edən “Yurqorden” bu dəfə rəqib qapısından 5 cavabsız top keçirib. Oyuna ehtiyatda başlayan Qurbanlı meydana 72-ci dəqiqədə daxil olub.

Bu qələbədən sonra “Yurqorden” 1-ci pillədə qərarlaşıb. Qurbanlının komandası kimi, "Göteborq"un da 6 xalı var. Tərəflər son turda qrup qalibini müəyyənləşdirəcəklər. Kubokun reqlamentinə görə, 1-ci yeri tutan 1/4 finala yüksələcək.

Qeyd edək ki, “Yurqorden” - “Göteborq” matçı martın 3-də baş tutacaq.

İdman.biz