Bəhlul Mustafazadə: “İşimiz hələ bitməyib”

Müsahibə
16 Fevral 2024 13:54
255
Bəhlul Mustafazadə: “İşimiz hələ bitməyib”

“Çox çətin və gərgin oyun keçdi”.

Bunu İdman.bizə “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə Portuqaliyadakı oyunundan qayıdan 27 yaşlı futbolçu bildirib ki, yaxşı və sərfəli nəticə qazanıblar: “Amma buna baxmayaraq, işimiz hələ bitməyib. Qarşıda bizi daha çətin oyun gözləyir. Bakıdakı matçda daha yaxşı oyun sərgiləməyi bacarmalı və çox diqqətli olmalıyıq. Buna görə də yaxşı şəkildə hazırlaşacağıq. Bakıda da qələbə üçün də əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” səfərdə 4:2 hesablı qələbə qazanıb. Azərbaycan çempionu “Braqa”nı isə fevralın 22-də qəbul edəcək.

Banuçiçək Hüseynli
İdman.biz