“Xankəndi”yə məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü olmadı. Futbolçu yoldaşlarımın hər birinə təşəkkür edirəm. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirərək qələbə qazanacağımıza inanırdıq. Bunu bacardıq. Qələbə qazandığımız üçün sevinirəm”.
Bunu Azərbaycan Birinci Liqasında yarışan “Şahdağ-Qusar”ın yarımmüdafiəçisi Mahrab Baxşalı altıncı turun “Səbail”ə qarşı keçirilən mərkəzi matçından (1:0) sonra qol.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Növbəti oyununuz kubokda MOİK-ə qarşı olacaq. Həmin qarşılaşmalardan nə gözləyirsiniz?
– Bütün oyunlara eyni cür hazırlaşırıq. Hər matça qələbə üçün çıxırıq. Kubok oyunudur, amma bizim üçün fərqi yoxdur. Tam gücümüzlə hazırlaşıb qələbə qazanmaq üçün mübarizə aparacağıq.
– Komandanızın hədəfi nədir?
– Əlbəttə, hədəfimiz çempionluqdur. İnşallah, azarkeşlərimiz və klub rəhbərliyi ilə birlikdə bu məqsədimizə çatacağıq. Komanda daxilində də ab-hava yaxşıdır. İnanırıq ki, çempion olacağıq.
– Yəqin ki, “Səbail”lə oyunda azarkeşlərin dəstəyini həm meydanda, həm də ehtiyat skamyasında hiss etmək olurdu. Onlara nə demək istərdiniz?
– Bütün oyunlarda bizə dəstək olsunlar, yanımızda olsunlar. İnşallah, kuboku qazanaraq onların başını uca edəcəyik.
