“Qarabağ” futbol klubu əvəzedicilərdən ibarət komandanın məşqçisi Muarem Zekirin dörd oyunluq cəzalanmasına münasibət bildirib.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən report.az-a bildirilib ki, həmin hadisəyə görə Apellyasiya Arbitraj Tribunalına şikayət edilməyəcək.
“Biz məşqçilərimizlə danışdıq. Onlar bildirdilər ki, orada hansısa təhqirdən istifadə olunmayıb. Sadəcə, hakimlər fərqli formada qəbul ediblər. Buna baxmayaraq, bu mövzu ilə bağlı şikayət etməyəcəyik”, - deyə açıqlamada qeyd olunur.
Xatırladaq ki, AFFA İntizam Komitəsi “Qarabağ-2”nin məşqçisi Muarem Zekiri “Zirə-2” ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyini əsas göstərərək 4 oyunluq cəzalandırıb. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.
