Kənan Mirzəliyev Azərbaycan Kubokunda 3700-cü qolu vurub

9 Oktyabr 2026 17:10
75
Kənan Mirzəliyev Azərbaycan Kubokunda 3700-cü qolu vurub

“Zəngəzur”un futbolçusu Kənan Mirzəliyev Azərbaycan Kubokunda 3700-cü qolu vurub.

İdman.Biz xəbər verir ki, yubiley qolu I təsnifat mərhələsinin “Difai” - “Zəngəzur” matçına (1:3) təsadüf edib.

K.Mirzəliyev görüşdə sonuncu, mövsümdə isə 23-cü qolun müəllifi olub.

Bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Ümumilikdə baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.

Qeyd edək ki, turnirdə ilk qolu 1992-ci ildə “Pambıqçı”nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.

İdman.Biz