“İmişli”nin köməkçi məşqçi və şef-skaut ilə yolları ayırmasının səbəbi məlum olub

9 Oktyabr 2026 16:52
65
“İmişli”nin köməkçi məşqçi və şef-skaut ilə yolları ayırmasının səbəbi məlum olub

“İmişli” Futbol Klubunun köməkçi məşqçisi Zamir Həsənov və şef-skautu Rəsul Allahverdiyevlə yolları ayırmasının səbəbi məlum olub.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti report.az-a bildirilib.

“Hər iki mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq və onların öz istəyi ilə xitam verilib. Z.Həsənov milli komandadakı işinin çoxluğu, R.Allahverdiyev isə şəxsi işlərinin sıxlığı ilə əlaqədar komandadan ayrılmaq qərarına gəliblər”.

Qeyd edək ki, “İmişli” Misli Premyer Liqasında dörd xalla səkkizinci sırada yer alıb.

İdman.Biz