“Qarabağ”ın futbolçusu: “Yeni ölkəyə uyğunlaşmaq hər zaman çətinlik yaradır” - MÜSAHİBƏ

8 Oktyabr 2026 10:55
81
“Qarabağ”ın futbolçusu: “Yeni ölkəyə uyğunlaşmaq hər zaman çətinlik yaradır” - MÜSAHİBƏ

“Qarşıdakı oyunlara hazırıq”.

Bunu “Qarabağ”ın futbolçusu Dieqo Roşa futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən necə istifadə etdiniz?

– Bu müddətdə ailəmlə birlikdə dincəlmək üçün yararlandım.

– “Qarabağ” qarşıdakı oyunlara hazırdırmı? Komandada ümumi vəziyyət necədir?

– Qarşıdakı oyunlara hazırıq. Yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edirik.

– Komandanın bu mövsümə qədərki çıxışını necə qiymətləndirirsiniz?

– Komandaya yaxın zamanda qoşulmuşam, amma görürəm ki, kollektiv yaxşı uyğunlaşır və zirvədə qalmaq üçün çox yaxşı çıxış edir.

– Azərbaycana yaxşı uyğunlaşırsınız? Hər hansı çətinliklə qarşılaşmısınız?

– Yeni ölkəyə uyğunlaşmaq hər zaman müəyyən çətinliklər yaradır, amma mən Azərbaycana yaxşı uyğunlaşıram.

– Çempionatımız və ümumilikdə Azərbaycan futbolu haqqında nə düşünürsünüz?

– Çempionat çətindir və burada keyfiyyətli komandalar var.

– Azərbaycan millisinin oyunlarını izləmək imkanınız olub?

– Xeyr.

– Azərbaycana gəlişinizdən əvvəl sizinlə bağlı çoxlu xəbərlər və şərhlər var idi. Gəlişiniz niyə bu qədər gecikdi?

– Bunu dəqiq deyə bilmərəm. Danışıqları agentim aparır, mən isə daha çox futbol tərəfinə fokuslanıram.

İdman.Biz