Mateuş Koxalski “Qarabağ”la son dəfə Tofiq Bəhramov stadionuna çıxıb

6 Sentyabr 2026 22:30
44
Mateuş Koxalski “Qarabağ”la son dəfə Tofiq Bəhramov stadionuna çıxıb

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski bu gün Ağdam klubunun futbolçusu kimi son dəfə Tofiq Bəhramov adına Respublika Stadionunda olub.

İdman.Biz xəbər verir ki, polşalı qolkiper “Araz-Naxçıvan”la qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıb.

Koxalski bu matçdan sonra “Qarabağ”ı tərk edərək Polşaya qayıdacaq.

Qeyd edək ki, Koxalski daha əvvəl karyerasını İngiltərədə davam etdirmək istədiyini açıqlayıb. Polşalı qapıçı ən böyük arzusunun Premyer Liqada oynamaq olduğunu bildirib və İngiltərə klublarının diqqətini cəlb etməyə ümid etdiyini deyib.

İdman.Biz